Azedu.az

Tələbə-könüllülərdən müəllimlərin XV qurultayına dəstək - FOTO  

Ali təhsil

Təhsil Nazirliyi

29 Noyabr 2018, 17:30
Tələbə-könüllülərdən müəllimlərin XV qurultayına dəstək - FOTO  

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 70-ə yaxın könüllüsü Azərbaycan müəllimlərinin XV qurultayının işinə dəstək verib.

AzEdu.az xəbər verir ki, tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, yerləşdirilməsi, qeydiyyatın aparılması, təltifetmə mərasimi, həmçinin panel müzakirələri zamanı olan işlərin təşkilinə yardım ediblər.

Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən 200-dən artıq nümayəndə iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov tədbirin təşkilindəki uğurlu fəaliyyətlərinə görə tələbə-könüllülərə təşəkkür edərək, onların əməyini yüksək qiymətləndirdiyini vurğulayıb.

 
Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox