Azedu.az

Naxçıvanda məktəb psixoloqları üçün təlim keçirilib

AzEdu Təhsil Platforması

Orta təhsil

22 Fevral 2025, 12:49
Naxçıvanda məktəb psixoloqları üçün təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin psixoloqları üçün “Psixoloqlarının peşəkar bacarıqlarının inkişafı” adlı təlim keçirilib.

 

AzEdu.az AZƏRTAC-istinadən xəbər verir ki, təlimin açılış tədbirində təhsil naziri Elxan Nəcəfov məktəb psixoloqlarının şagirdlərin psixoloji sağlamlığının qorunmasında, onların akademik və sosial inkişafına töhfə verməsində mühüm rol oynadığını vurğulayıb. Nazir təlimin məqsədinin psixoloqların peşəkar bacarıqlarını artırmaq və onları yeni yanaşmalarla tanış etmək olduğunu deyib.

 

Təlim təcrübəli psixoloqlar - Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev, “Almaz” psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri Almaz Məmmədova tərəfindən aparılıb, iştirakçıların peşəkar inkişafına kömək məqsədilə onlara ədəbiyyatlar tövsiyə edilib, elektron resurslar paylanılıb.

 

Təlimdə 200-ə yaxın psixoloq iştirak edib.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox