Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-18 11:00:00
 Nəşriyyat və tədris mərkəzi QUA ilə AzEdu.az-ın ortaq layihəsinə dəstək oldular- Nümunəvi addım

 

Çinay yayımları və Mental Academy  Tədris Mərkəzi Qadın və Uşaq Akademiyası İctimai Birliyi və AzEdu.az təhsil portalının "Məktəblinin kitabi" layihəsinə dəstək verir və iştirakçıları hədiyyələri ilə sevindirmək niyyətindədir.

AzEdu.az xəbər verir ki,hər iştirakçı Çinar Yayımları və Mental Academy tədris mərkəzindən endirim kuponu əldə etməklə yanaşı, qaliblər Çinar Yayımlarından çanta və kitab dəsti, Mental Academy tədris mərkəzindən bir aylıq ödənişsiz dərs kuponu və 30%lik güzəşt kuponu əldə edəcək.

Xatırladaq ki, Qadın və Uşaq Akademiyası  İctimai Birliyi (QUA) məktəblilərdə ədəbiyyata, mütaliəyə maraq yaratmaq üçün AzEdu.az Azərbaycan Təhsil Portalı ilə birlikdə "Məktəblinin kitabı" layihəsinə start verir.

Layihənin şərtinə əsasən, hər bir məktəbli kitabla olan fotosu, oxuduğu məktəbin adı, haqqında kiçik informasiya ilə birlikdə noyabrın 21-inə kimi ən sevdiyi yazıçı və əsərlərin siyahısını göndərəcək. Həmin siyahı QUA-nın Feysbuk, İnstaqram səhifəsində paylaşılacaq.

Bu, həm həmin məktəblinin ictimai təqdimatı olacaq, həm də oxuduğu əsərlərin digər uşaqlar arasında təbliğatı. Sonda həmin uşaqlarla görüş keçirib, fikirləri, oxuduqları əsərlər haqda təəssüratla tanış olacağıq.

Ən bəyənilən fikir sahibi olan məktəblinin mətbuata müsahibəsi və uşaqlara təlimi təşkil olunacaq, xüsusi hədiyyə ilə mükafatlanacaq.