https://www.zirve.edu.az/
25.03.2018 09:06
Tələbələrdə ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün 8 strategiya

Gündəlik həyatımızda qurduğumuz müxtəlif dialoqlar bizim ünsiyyət bacarıqlarımızı inkişaf etdirir. ABŞ Dünya Rəqəmsal Vətəndaşlıq Fondu müəllimlərlə şagirdlərin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün 8 təklif irəli sürür.

AzEdu.az həmin 8 üsulu təqdim edir:

Yaxşı dialoq qurmaq üçün film izləyin

Dialoqlar əsas ünsiyyət bacarığıdır. Bu, insanlarla fikirlərinizi paylaşmağa imkan verir. Hər kəs dialoq qura bilər, amma bu, işin görünən tərəfidir. Mükəmməl dialoqa bədən dili, göz kontaktı, fikirlərini qısa şəkildə izah etmə və cavab vermə kimi bəzi elementlər daxildir. Şagirdlər film izləməklə daha yaxşı dialoq qura bilərlər. Buna görə müəllim doğru filmləri seçməlidir.

Texnologiyadan istifadə edin

Səsli kitablar, proqramlar və texnoloji resurslar uşaqların öyrənmə qabiliyyətini artırır. Xüsusən də səsli kitablar uşaqların tələffüzünü və söz ehtiyatını inkişaf etdirir.

Fəal dinləyici olun

Ünsiyyət yalnız danışmaqla deyil, eyni zamanda yaxşı dinləmə bacarığı ilə bağlıdır. Müəllimlər uşaqların fəal dinləmə bacarıqlarının inkişafında böyük rol oynaya bilər. Bunun üçün dərs vaxtı onların birindən seçdikləri kitabı səsli oxumasını istəyin. Bununla da uşaqlara suallar verərək konstruktiv mübahisə yarada bilərsiniz.

Qrup şəklində işləyin

Komanda olaraq fəaliyyət tələbələrin həm şifahi, həm də yazılı ünsiyyət bacarıqlarının inkişaf etməsinə kömək edir. Ancaq komanda işlərində onlara çox təzyiq göstərməyin, birlikdə iş görmələri üçün maraqlı mövzular tapın. Bir müddət sonra özləri komanda işini sevəcəklər.

Düşündürücü suallar verin

Açıq tipli sualların əsas faydası onların cavab vermək üçün bir neçə sözlə kifayətlənməməsidir. Bu tip suallar ruhlandırıcı mübahisələr yaradır və suala  birdən çox cavab verməyin mümkünlüyünü göstərir.

Tənqidi düşünməyi gücləndirərək fəaliyyətlə məşğul olun            

Tənqidi düşünmə bacarığına malik olmayan uşaqların təsirli və maraqlı dialoqlar qurmasını gözləməyin. Tələbələrinizə tənqidi düşünməyi artıracaq araşdırmalar aparmalarını xahiş edin və təkliflərinizi sinifdə müzakirə edin.

Bəzən üstündən keçin

Sinifdə mübahisə doğuracaq məqamlar olsa da, o qədər fikir verməyin. Amma  pedaqoq olaraq şagirdlərdən hansısa qeyri-adi, yaradıcı bir sual verəndə bunu mütləq cavablandırın. Uşaqların ünsiyyət bacarıqları üçün hərdən dərsdən uzaqlaşın.

Onları kamerayla çəkin

Təqdimat və mübahisə zamanı onları çəkin. Sonra videoya baxdıqda səhvlərini görə bilsinlər. Bəzən komanda təqdimatında onların bir-birini qiymətləndirməsini də istəyin. Bununla “rezonator təhsil üsulu” nu tətbiq etmiş olacaqsınız.

Əsmər Qabil