![](https://azedu.az/uploads/news/2018/03/15218815225749947971_1000x669.jpg)
“Yer saatı” kampaniyası planetimiz üçün müsbət dəyişikliklər etmək məqsədilə yüz milyonlarla insanı ətrafına cəm edən qlobal ekoloji hərəkatdır. Kampaniyanın əsas hədəfi kütlənin gücündən yararlanaraq ətraf mühitə töhfə verməkdən ibarətdir.
AzEDU.az xarici mediaya istinadla xəbər verir ki, “Yer saatı” ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Həmin aksiya zamanı 2,2 milyon şəhər sakini və 2 mindən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxaraq bir saatlıq işıqları söndürmüşdülər. Növbəti il kampaniya 35 ölkədə 50 milyondan artıq tərəfdaş toplayaraq qlobal hərəkata çevrilib.
Hər il mart ayının son şənbə günü “Yer saatı” kampaniyası çərçivəsində ənənəvi olaraq 162-dən çox ölkə və 7000-dən çox şəhər “işıqların söndürülməsi” saatını qeyd edir. Sidney Harbour körpüsü, CN Toronto qalası, San Fransiskoda yerləşən Qızıl Qapı körpüsü, Roma şəhərində yerləşən Kolizey kimi dünyanın əzəmətli binaları bir saat ərzində qaranlığa qərq olurlar.
Azərbaycan da qlobal hərəkata qoşulan ölkələr sırasındadır. Hər il ölkəmizdə “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə kütləvi tədbir keçirilir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)