![](https://azedu.az/uploads/news/2018/03/050-056c026d-1c66-4d42-9fae-a8e96df290c5-1020x1810.jpg)
İngiltərədən olan Salim Raşid adlı 15 yaşlı məktəbli bildirib ki, o, kriptovalyutalar üçün olan məşhur USB portmanatlarından biri olan Ledger-i hack edib.
AzEDU.az Technote-yə istinadən xəbər verir ki, Raşidin tapdığı sistem boluğu sayəsində o, cihazda olan elektron imzaları saxtalaşdıra bilib.
Ledger iki işlək platanı istifadə edir. Onlardan biri texniki səviyyədə qorunur, lakin USB, düymələr və interfeyslə çalışa bilmir. İkinci plata isə əksinə bunları bacarır, lakin qorunmur. Beləliklə ikinci platanın proqram kodunda bəzi dəyişikliklər olunsa istifadəçilərin gizli açarlarını əldə etmək olar. Raşid cihazın hack prosesini video şəklində hazırlayıb və proqram kodunu GitHub servisində yerləşdirib. Raşid onu da qeyd edib ki, o, cihazın sistem boşluqları haqqında məlumatları istehsalçıya hələ 4 ay bundan öncə bildirib.
Lakin istehsalçı bu məlumatlara reaksiya verməyib. Ledger cihazının yaradıcıları isə qeyd ediblər ki, onlar bu 4 ay ərzində Raşidlə əlaqə saxlayıblar və hazırda narahatlıq üçün heç bir əsas yoxdur. İlk öncə portmanatı hack etmək üçün sistem yenilənməsini təkmilləşdirmək lazımdır. Bu, cihazı eBay və ya digər elektron ticarət saytlarından almışlara şamil olunur. Əlavə olaraq cihaz yaradıcıları Raşidin tapdığı sistem boşluqlarını aradan qaldıran sistem yenilənməsini artıq təqdim ediblər.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)