https://www.zirve.edu.az/
24.03.2018 07:50
Hindistanda “Xoşbəxtlik məktəbi” yaradılır - FOTOLAR

AzEDU.az xəbər verir ki, orta məktəb təhsili verəcək qurumun prioriteti şagirdlərin akademik uğuru deyil, xoşbəxtlikdir. Buna görə, onların açıq havada sərbəst gəzməsi və bitki əkməsi üçün kampusda kiçik və çox sayda obyektlər olacaq. Tədris proqramını uşaqlar müəyyənləşdirəcək.

Məktəbin memarlıq quruluşu xoşbəxtliyə əsasən qurulacaq. Bu, digər təhsil binalarına bənzəməyəcək. Bunun əvəzində, müxtəlif fənlərin tədrisi üçün kiçik otaqlar tikiləcək. Həmçinin, meditasiya şöbələri və kulinariya dərsləri üçün  mətbəx də olacaq. Təhsil araşdırmaları üçün bir mərkəzin yaradılması da planlaşdırılır.

Nyu-Yorkda yerləşən tikinti şirkəti “Kurany” tərəfindən həyata keçirələcək layihədə kampusun ortasında bir mərkəz və ətrafda digər kiçik binaların olacağı planlaşdırılır.

Şəhərciyin ətrafını əhatə edən hissədə məktəblilərin əkinçilik və toyuq, keçi kimi heyvanlara qayğı göstərəcəyi sahələr olacaq. Bundan əlavə, uşaqların “axan çayı” dinləməsi və balıqları yemləməsi üçün “Zen Gardens” yaradılacaq.

Bu layihə Harvard Universitetinin uzun sürən “xoşbəxtlik” tədqiqatı əsasında hazırlanıb. Buna görə, şagirdlərin məktəbdə yaxşı vaxt keçirmələri və yoldaşları ilə layihələr işləyə bilməsi üçün mərkəzlər olacaq.

Şagirdlər fərdi olaraq iş proqramlarını yaradırlar. Şagirdlərdən dərsləri əzbərləmələri deyil, problemlərə həll tapmaları tələb olunur. Gənclər kodlaşdırma, raket istehsalı və teatr ssenarisi kimi fənləri öyrənə biləcəklər.

Əsmər Qabil

29550161_2046172298992067_2136885730_n.jpg

29345521_2046172285658735_1293023033_n.jpg

29344962_2046172275658736_59813365_n.jpg

29341213_2046172288992068_781299409_n.jpg

29138875_2046172282325402_61140869_n.jpg

29138625_2046172292325401_202770940_n.jpg

29134124_2046172248992072_1547434793_n.jpg