Texas Ürək İnstitutunun alimləri BiVACOR şirkətindən olan həmkarlarının dəstəyi ilə maqnit levitasiyası üzərində insana tamamilə mexaniki ürəyin transplantasiyasını həyata keçiriblər.
AzEdu.az xəbər verir ki, bu barədə Texas Ürək İnstitutu (THI) məlumat yayıb.
Mexanik ürək tək hərəkətli hissəsi olan titandan hazırlanmış iki kameralı fırlanan nasosdur. TAH (total süni ürək) adlanan titan nasosu maqnit prinsipi ilə işləyən rotor sayəsində qan təzyiqi yaradaraq ürəyin hər iki mədəciyinin funksiyalarını dəqiq şəkildə təkrarlamaq qabiliyyəti ilə seçilir.
Ürək protezi dəqiqədə 12 litr qan axını çatdırmaq qabiliyyətinə malikdir ki, bu da sağlam yetkin kişiyə aktiv həyat tərzi, o cümlədən idmanla məşğul olmaq üçün kifayətdir. Bununla belə, alimlər vurğulayıblar ki, mexaniki orqanın müvəqqəti istifadəsi xəstəyə bioloji ürək transplantasiyası keçirənə qədər təmin edilir.
Tədqiqatçılar ağır ürək çatışmazlığı (univentrikulyar və ya biventrikulyar) olan xəstələr üçün mexaniki ürəyi “transplantasiya üçün körpü” adlandırırlar. Alimlər daha dörd könüllü üzərində eksperimental transplantasiya həyata keçirərək tədqiqatları davam etdirmək niyyətindədirlər.
kitabı