Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-21 09:19:29
Marneulidə Beynəlxalq Şahmat Gününə özəl turnir keçirilib

Marneulidəki “Tea House”, “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə Marneuli, Bolnisi və Saqareco rayonlarından 47 nəfər müxtəlif yaş kateqoriyalarına aid həvəskar şahmatçı iştirak edib.

 

Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirdə 8-12 yaş qrupundan Marneuli rayonunun Kürdlər kəndinin yetirməsi, Məhəmməd Şərəyev 5 balla I, “Tea House”nin yetirmələri Əli Əliyev 4 balla II, Timur Kələyev isə 4 balla III yerə çıxıblar.

 

12 və yuxarı yaş kateqoriyasından olan şahmatçıların mübarizəsində “Tea House”un yetirmələri Cahandar Bayramov 4,5 balla I, Tacir Allahverdiyev 4,5 balla II, Bəxtiyar Məmmədov isə 4 balla III yerə çıxıblar. Qaliblərə diplom və medallar təqdim olunub.