Azedu.az

Netflix-ə ağır ittiham: Uşaqların məlumatları gizli toplanıb

Xəbərlər

12 May 2026, 10:29
Netflix-ə ağır ittiham: Uşaqların məlumatları gizli toplanıb

ABŞ-nin Texas ştatının baş prokuroru Ken Paxton rəqəmsal yayım platforması Netflix-ə qarşı uşaqların şəxsi məlumatlarını qanunsuz şəkildə topladığı iddiası ilə məhkəmə iddiası qaldırıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Netflix uşaqlara aid profillər də daxil olmaqla izləmə vərdişlərini, cihaz məlumatlarını və digər həssas informasiyaları istifadəçilərin xəbəri olmadan toplayıb və bu məlumatlardan kommersiya məqsədilə istifadə edib.

Məhkəmə sənədlərində platformanın xüsusilə uşaqları daha uzun müddət ekran qarşısında saxlamaq üçün xüsusi funksiyalar hazırladığı da vurğulanır. Bunlardan biri serial və ya veriliş bitdikdən sonra növbəti bölümü avtomatik başladan “autoplay” funksiyasıdır.

Baş prokurorluğun fikrincə, bu xüsusiyyət uşaqların platformada daha çox vaxt keçirməsinə və nəticədə daha çox məlumat toplanmasına xidmət edir.

Ken Paxton açıqlamasında bildirib ki, Netflix özünü “uşaq dostu” platforma kimi təqdim etsə də, əslində ailələrin şəxsi məlumatlarından milyardlarla dollar qazanan sistemə çevrilib.

Netflix isə ittihamları rədd edib. Şirkət nümayəndəsi açıqlamasında iddianın yanlış məlumatlara əsaslandığını bildirib və istifadəçi məxfiliyinin qorunduğunu vurğulayıb.
 

 

ŞOK GÖRÜNTÜLƏR! Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox