Azedu.az

Taylandda yarasalarda yeni koronavirus aşkar edilib

AzEdu Təhsil Platforması

12 May 2026, 17:58
Taylandda yarasalarda yeni koronavirus aşkar edilib

Taylandda aparılan araşdırmalar nəticəsində ölkədəki yarasalarda yeni bir koronavirus növü (CoV) müəyyən edilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi qurumlar virusun insanlara yoluxmasına dair indiyədək heç bir halın qeydə alınmadığını bildiriblər.

Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyinin məlumatına görə, yeni virus laborator analizlər zamanı aşkar olunub. Səlahiyyətli şəxslər hazırkı mərhələdə ictimai sağlamlıq üçün ciddi təhlükənin olmadığını və epidemiya riskinin aşağı səviyyədə qiymətləndirildiyini qeyd ediblər.

İlkin elmi qiymətləndirmələr göstərir ki, yeni aşkar edilən virus COVID-19 ilə müqayisədə həm yoluxuculuq, həm də xəstəlik törətmə qabiliyyəti baxımından daha zəifdir.

Mütəxəssislər vəziyyəti izləməyə davam etdiklərini və əlavə tədqiqatların aparıldığını bildiriblər.

Ukrayna Rusiyaya qarşı görünməmiş əməliyyata başladı - ŞOK DETALLAR
Son xəbərlərDaha çox