AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
10 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
10 iyul 1835-ci ildə Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvani dünyaya gəlib:
O, İlk şeirlərini 20 yaşında (1855) yazıb. Bağdada və Misirə səfər edib, dövrün tanınmış alim və şairləri ilə görüşüb. Seyid Əzim Şirvaninin qəzəlləri, lirik və satirik şeirləri 19-cu əsrAzərbaycan poeziyasının incilərindəndir.
S.Ə.Şirvani 1869-cu ildə Şamaxıda yeni tədris prinsiplərinə əsaslanan məktəb açıb. Mirzə Ələkbər Sabir və Sultan Məcid Qənizadə də ibtidai təhsillərini həmin məktəbdə alıblar. (1835-1888)
10 iyul 1884-cü ildə Hərbi xadim, Azərbaycan Demokratik Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid Qaytabaşı anadan olub:
1918-ci ildə müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin olunan, 1919-cu ildə Müvəqqəti Ümumi Qərargahın rəisi vəzifəsini icra edən Ə.Qaytabaşı Aprel işğalından sonra bolşeviklər tərəfindən güllələnib. (1884-1920)
10 iyul 1913-cü ildə Kaliforniyadakı "Ölüm vadisi"ndə temperatur 56.7 °C olaraq ölçüldü. Bu ABŞ-da ölçülmüş ən yüksək temperatur dərəcəsi oldu.
10 iyul 1962-ci ildə Amerika Birləşmiş Ştatları qitələrarası rabitəni təmin edəcək "Telstar" peykini kosmosa göndərdi.
kitabı