Azedu.az

Kolleclərdə monitorinqlər davam edir

9 İyul 2024, 15:16
Kolleclərdə monitorinqlər davam edir

Son zamanlar kolleclərdə baş vermiş neqativ hallar səbəbindən direktorlar və digər məsul şəxslər işdən kənarlaşdırılıb.

 

Bəs, görəsən, hazırda hazırda kolleclərdə hansı islahatlar keçirilir?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ötən ilin sonundan başlayaraq bölgələrdə və Bakı şəhərində yerləşən ümumilikdə 35 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirilib.

 

“Monitorinqlərin keçirilməsində məqsəd orta ixtisas təhsil müəssisələrində kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması, problem və ehtiyacları müəyyən edərək onlara uyğun tədbirlər görməkdir. Monitorinqlərin nəticəsinə əsasən bir sıra kolleclərdə islahatlar, həmçinin kadr dəyişikliyi aparılıb və bu barədə ictimiayyətə məlumat verilib.

 

Məlumat üçün qeyd edək, orta ixtisas təhsil müəsssisələrində islahatlar davam etdiriləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq”.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox