Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-21 12:20:40
Daha bir müəllim sertifikasiyadan yüksək nəticə göstərdi

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Elşən Əhmədov imtahanın uğurlu keçdiyini qeyd edib:

 

“ 17 ildir ki, müəllim kimi çalışıram. İmtahanda demək olar ki, bir sual qaranlıq qaldı və digərləri sadə suallar idi. İmtahandan 54 bal topladım və hesab edirəm ki, ixtisas sualları yaxşı idi”.