Azedu.az

Daha bir erkən evliliyin qarşısı alındı

15 İyun 2024, 11:32
Daha bir erkən evliliyin qarşısı alındı

Daxili İşlər Nazirliyi Masallı rayonunun Xallıca kəndində 17 yaşlı qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.

 

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzEdu.az-a bildirilib ki, məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

 

Qeyd edək ki, Masallıda toy günü 17 yaşlı qızın evdən qaçması ilə bağlı mediada məlumat yayılmışdı.

 

Onu zorla valideynləri tərəfindən 33 yaşlı kişiyə ərə vermək istədikləri deyilir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox