Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-13 14:13:00
Qəbul imtahanından ən yüksək bal toplayan Zeynəb: “Bu nəticəni gözləmirdim”

II və III ixtisas qrupları üzrə mayın 26-da keçirilən qəbul imtahanından III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 balla Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Zeynəb Hacıyeva göstərib.

 

O, imtahanın birinci mərhələsindən 290 bal toplayıb.

 

AzEdu.az-a müsahibə verən Zeynəb bildirib ki, onun uşaqlıq arzusu hakim olmaqdır və bunu reallaşdırmaq üçün çalışır. O, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Hüquqşünaslıq ixtisasında təhsil almaqdır.

 

Zeynəblə olan müsahibəmizi təqdim edirik…

 

- Zeynəb xanım, özünüz barədə oxucularımıza məlumat verə bilərsiniz?

 

- Hacıyeva Zeynəb Hünər qızı Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11c sinif şagirdiyəm. Buraxılış imtahanından 290, qəbuldan isə 397 bal toplamışam. Mən, ADA universitetinin hüquq fakültəsində təhsil almaq istəyirəm.  Buna səbəb isə orada təhsilə yüksək dəyər verilməsi, maddi-texniki bazanın yeni və müasir olmasıdır.  Uşaqlıqdan hakim olmağın xəyalını qurmuşam və bunun üçün çalışıram.

 

- Yüksək bal toplamağınızı nəyə borclusunuz? İxtisas qrupu üzrə 400 baldan ən yüksək nəticəni toplayacağınıza inanırdınız?

 

- Əlbəttə ki, çox çalışmağın rolu böyükdür. Valideynlərimin, müəllimlərimin və mənə bu imkanı yaradan müdiriyəttimizin əhəmiyyəti isə danılmazdır. Yüksək bal toplayacağımı təxmin edirdim, amma ən yüksək olacağı mənim üçün də gözlənilməz oldu.

 

- İkinci cəhd imtahanına daxil olacaqsınız?

 

- Xeyr, nəticəm qaneedicidir.

 

- Yüksək nəticə üçün gün ərzində neçə saat dərslə məşğul olurdunuz? Digər məşğuliyyətlərinizə, hobbilərinizə vaxtınız qalırdı?

 

- 11-ci sinifdə özümü çox da yormaq istəmirdim, onsuz da hamının üzərində yük olur. Ona görə aşağı siniflərdən özümü bu imtahana hazırlayırdım. Bu nəticə aşağı siniflərdən çox çalışmağımın bəhrəsi oldu. Gündəlik istirahətimi edirdim. Uğurumun əsas səbəbi məsuliyyətli olmağım oldu.

 

- Gələcəkdə təhsilinizi bitirdikdən sonra magistratura üzrə davam etdirməyi düşünürsünüz?

 

- Bəli, Avropa ölkələrinin birində magistratura təhsili almağı düşünürəm.

 

- Universitetə hazırlaşan abituriyentlərə tövsiyələriniz nələrdir?

 

- Qarşılarına məqsəd qoysunlar və nə olursa olsun istəklərindən dönməsinlər və daim əzmlə çalışsınlar.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK