Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-12 16:17:03
Gömrük Akademiyasının  “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO

 

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, Katibliyin rəisi Azər Seyidov, Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev, Humanitar və hüquq elmləri kafedrasının müdiri Hakim Əzizov, İnformasiya texnologiyaları kafedrasının müəllimi Asif Qanbayev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi İslam Hüseynovun nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib, hər bir tələbənin seçilmişlərdən olduğunu vurğulayıb.


Daha sonra Tünzalə Abbasova layihə barədə ətraflı məlumat verib, gəncləri təbrik edib.

 

Elvin Əlirzayev öz növbəsində tələbələrin hər birinin meyarlara cavab verən uğurlarından bəhs edib və təşəkkür edib.

 

Növbəti mərhələdə tələbələr hər biri özləri barədə qısa məlumat veriblər.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib, AzEdu.az-ın əməkdaşlarını universitetin müxtəlif istiqamətlər üzrə fəaliyyət istiqamətləri ilə tanış ediblər.

 

 

Dövlət Gömrük Komitəsinin Akademiyasının "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

 

Mirəli Seyidov hüquqşünaslıq ixtisasının III kurs tələbəsi;

Ramazan Əsgərxanov hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi;

Mahmud Bayramov hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi;

Hüseyn Hüseynzadə beynəlxalq ticarət və logistika ixtisasının IV kurs tələbəsi;

Cəlal Abasov beynəlxalq ticarət və logistika ixtisasının IV tələbəsi;

Təvəkkül Hacıyev iqtisadiyyat ixtisasının IV kurs tələbəsi;

Şəfa Məlikzadə iqtisadiyyat IV kurs tələbəsi;

Fəridə Daşdəmirova informasiya təhlükəsizliyi ixtisaaının III kurs tələbəsi;

Aynur Səlimli informasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi;

Əli Qurbanov informasiya texnalogiyaları ixtisasının III kurs tələbəsi;