Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-11 14:51:00
İlahiyyat İnstitutunun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova, İlahiyyat fakültəsinin əməkdaşı Aygül Məmmədova, Mətbautla iş üzrə baş mütəxəssis Ayşən Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi Elnurə Əzizovanın nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib.


Daha sonra Tünzalə Abbasova layihə barədə ətraflı məlumat verib, gəncləri təbrik edib.

 

Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Azərbaycan İlahiyyat İnstitutunun "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

 

Kamran Dadaşzadə- İslamşünaslıq ixtisasının tələbəsi;


Sənubər Səlimzadə - İslamşünaslıq ixtisasının tələbəsi;


Əli Nəzərov  - İslamşünaslıq ixtisasının tələbəsi;

Dəyanət Məmmədov  - İslamşünaslıq ixtisasının tələbəsi;


Əhməd  Yusifzadə - İslamşünaslıq ixtisasının tələbəsi;


Turqut Alışov - İslamşünaslıq ixtisasının tələbəsi;


Sevil Qasımlı - İslamşünaslıq ixtisasının tələbəsi;


Zeynəb Hətəmova  - Dinşünaslıq ixtisasının tələbəsi;


Səidə Mirsalamova  - Dinşünaslıq ixtisasının tələbəsi;


Amin Əlizadə- Dinşünaslıq ixtisasının tələbəsi.