Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-11 08:55:00
“Tarixdə bu gün” - 11 iyun necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

11 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

11 iyun 1913-cü ildə Azərbaycanın görkəmli səhnə xadimi Hökumə Qurbanova Bakıda dünyaya gəlib:

 

Dram teatrının xüsusi səs tembrinə malik nəhəng aktrisası Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində onlarca yaddaqalan obraz yaradıb. “Vaqif”də Xuraman, “Xoşbəxtlər”də İnci, “Səyavuş”da Südabə, “Şeyx Sənan”da Xumar, “Antonio və Kleopatra”da Kleopatra, “Qış nağılı”nda Germiona, “Hind gözəli”ndə Vasantasena obrazları onun yaradıcılığının ən gözəl nümunələridir. “Onu bağışlamaq olarmı”, “İnsan məskən salır” və digər filmlərdə də çəkilən Hökumə Qurbanova ifaçılığında lirizm və romantik vüsət səciyyəvi cəhətlər olub.

 

11 iyun 1868-ci ildə Türkiyənin “Qızıl aypara” təşkilatı – Türk Kızılayı "Osmanlı yaralı və xəstə əsgərlərə yardım cəmiyyəti" adı ilə bir qrup könüllü həkimin səyi ilə döyüşdə yaralanan əsgərlərə ayrı-seçkilik etmədən kömək məqsədiylə quruldu:

 

Təşkilata Türk Kızılayı adını Mustafa Kamal Atatürk verdi.

 

2004-cü ilin 11 iyununda Elvan Abeylegesse “Qoldan League” yarışmasında Norveçin Bergen şəhərində qaçdığı 5000 metrlik marafonda 14:24.68 dərəcəsiylə 7 ildir dəyişməyən dünya rekordunu qıran ilk türk atleti oldu.

 

11 iyun 1993-cü ildə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqə yaradılmışdır:

 

Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

 

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanıb.