Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-27 15:07:35
Qabiliyyət imtahanına qeydiyyat davam edir

Jurnalistika ixtisaslaşmaları üzrə magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların qeydiyyat müddəti 30 may saat 23:59-dək uzadılıb. Bakalavrlar Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

AzEdu.az xəbər verir ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində olan İdman jurnalistikası ixtisasını seçmək istəyənlər minimum 50 bal toplamaqdan əlavə, ingilis dili fənni üzrə nəticələri 20 baldan az olmamalıdır. Bu bakalavrlar qeydiyyat zamanı İdman jurnalistikası (tədris ingilis dilində) ixtisasını seçmək istədiklərini bildirməlidirlər.

 

Qeyd edək ki, cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün iştirakçılar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

 

Daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.