Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-22 13:24:00
MİQ-də boşluqlar: Sualların tərtibatı dəyişməlidir 

Müəllimlər tərəfindın səsləndirilən narazılıqlardan biri müəllimləri işə qəbulu imtahanlarının (MİQ) hər il daha da çətin səviyyədə keçirilməsidir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə Müəllimlərin işə qəbulla bağlı son illərdə ciddi problemlər və narazılıqlar var:

Şəkilin açıqlaması yoxdur.

“Bu narazılıqların əsas səbəbi MİQ imatahanın pedaqoji sahə üzrə təhsil alanların ali və orta ixtisas təhsil müəssisələrində aldıqları bilik və bacarıqlarına uyğun olmamasıdır. Çox təəssüfedici haldır ki, burada biznes maraqları var. Müəllim işə qəbul edilən zaman onun pedaqoji kadr hazırlığı, ali və orta ixtisas təhsil müəssisələrində istər bakalavirat, istər də subbakalavr səviyyəsində keçirilən kreditlər, proqramlar əsasında suallar tərtib olunmalıdır.

 

Amma müşahidələr onu göstərir ki, MİQ imtahanı namizədin illər ərzində təhsil aldığı mövzular üzrə tərtib olunmur. Bu nə dərəcədə doğrudur? Həmin suallar da yalnız bir kitabda olur. Müəllimlər bilirlər ki, hər il imtahan sualları üçün bir material tərtib olunur. Onlar  həmin kitabı əldə edib, onun üzərində hazırlaşırlar. Hesab edirəm ki, imtahanlar şəffaf keçirilsə də, sualların tərtibatı dəyişməlidir”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK