Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-29 17:37:15
DİM-də növbəti təlim

Dövlət İmtahan Mərkəzində “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 29 aprel 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən Lənkəran şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyində qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.

 

Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK