![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_INN_-BMU_Xeber_(19)_499.jpg)
20-26 oktyabr 2024-cü il tarixlərində Özbəkistan Respublikasında Bakı Mühəndislik Universitetinin (BMU) təşkilati dəstək verdiyi “İnformasiya texnologiyaları və riyazi modelləşmə (“İTMM-2024”)” mövzusunda Aleksandr Fyodoroviç Terpuqov adına 23-cü beynəlxalq konfrans keçiriləcək.
AzEdu.az xəbər verir ki, Qarşi Dövlət Universitetində baş tutacaq konfransda tədbirin Beynəlxalq Proqram Komitəsinin üzvləri - BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov ilə elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov iştirak edəcək.
“İTMM-2024”- də informasiya və telekommunikasiya texnologiyaları üzrə ən son tədqiqatlar və praktiki nəticələrin, riyazi modelləşdirmə, süni intellekt, rəqəmsal iqtisadiyyat, ağıllı sistemlər, robototexnika, proqram mühəndisliyi kimi elmi tədqiqat və texniki sahələrin digər mühüm istiqamətlərinin müzakirəsi nəzərdə tutulur. Həmçinin konfrans elmi bilik və təcrübənin inteqrasiyası, təhsil mühitinin səmərəli inkişafında ali təhsil müəssisələri ilə elmi tədqiqat təşkilatlarının rolunun artırılması, sözügedən sahələr üzrə uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Konfrans çərçivəsində “Müasir stoxastik modellər və aktuar riyaziyyatın problemləri-2024” mövzusunda beynəlxalq simpozium, eləcə də tələbə və gənc alimlərin elmi işlərinin müsabiqəsi keçiriləcək və ən yaxşı məruzələr diplomlarla təltif olunacaq.
BMU ilə yanaşı, konfransın digər təşkilatçıları Rusiya Federasiyasının Tomsk Dövlət Universiteti, Xalqlar Dostluğu Universiteti, V.A. Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu, Lobaçevski Dövlət Universiteti, Sibir Federal Universiteti, Özbəkistanın Qarşi Dövlət Universiteti və Şahrisabz Dövlət Pedaqoji İnstitutudur.
Beynəlxalq tədbirin adının verildiyi görkəmli alim A.F.Terpuqov konfransın ilk təşkilatçılarından biridir. O, Tomsk Dövlət Universitetinin əməkdar professoru, ehtimal nəzəriyyəsinin tətbiqi sahəsində elmi məktəbin banisi, məşhur Sibir tətbiqi ehtimal nəzəriyyəsi məktəbinin rəhbəri, həmçinin Rusiya Federasiyasının əməkdar elm xadimidir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)