Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-11 13:10:48
Şəkidə itkin düşən yeniyetmə tapılıb- YENİLƏNİB

Şəkidə itkin düşdüyü bildirilən 16 yaşlı qız tapılıb.

 

AzEdu.az xəvər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb.

 

Araşdırma aparılır.

 

10 aprel, 11.02

 

Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar,ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub.

 

"Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.