Azedu.az

Magistraturaya sənəd qəbulu başa çatdı

9 Aprel 2024, 08:37
Magistraturaya sənəd qəbulu başa çatdı

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.

 

8 aprel saat 23:59-a olan məlumata əsasən, 25328 bakalavr (Azərbaycan bölməsi - 23402; rus bölməsi - 1926) ərizəsini təsdiq edib.

 

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox