Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 08:42:24
9 yaşlı uşağı maşın vurdu

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində 9 yaşlı uşaq xəsarət alıb.

 

AzEdu.az xəbər verir ki, hadisə İmişli şəhərindəki Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

 

Zamanov Ramo Mustafa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən 2015-ci il təvəllüdlü Xancanov Əlizadə Elman oğlunu vurub. Xəsarət alan uşaq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyyə olunub. Faktla bağlı araşdırma aparılır.