Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 17:21:10
BMU-da tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsi üzrə tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, BMU-nun da tərəfdaş olduğu layihənin icra vəziyyəti ilə bağlı məlumatlandırma məqsədi daşıyan tədbirdə dosent İsa Qasımov və baş müəllim Etibar Qəhrəmanov çıxış ediblər.

 

Natiqlər qeyd ediblər ki, əsas hədəfi iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində insanların aktiv iştirakına istiqamət vermək olan layihədə hazırda Azərbaycandan BMU ilə yanaşı, ADNSU (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) iştirak edir. Eyni zamanda layihəyə Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru kimi 14 xarici ölkənin universitet, şirkət, bələdiyyə, həmçinin ictimai təşkilatları cəlb olunublar.

 

Çıxışçılar iqlim dəyişmələrinin təsirlərinin azaldılması, o cümlədən karbon emissiyalarının minimuma endirilməsi, su və enerjiyə qənaət və s. kimi fəaliyyətlərin təşviqinə toxunublar. Bununla yanaşı, hədəflərin reallaşdırılması üçün hazırlanmış “Climate Campaigners” adlı proqram təminatının (mobil tətbiq) funksiyaları, layihə çərçivəsində Bakıda tullantılarla bağlı apardıqları araşdırmanın nəticələri, universitetlər üçün dayanıqı ətraf mühit strategiyaları haqda ətraflı məlumat veriblər.

 

Tədbir layihə ilə bağlı müzakirələrlə tamamlanıb.