Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 14:51:00
BSU-da COP29-la bağlı tələbələr arasında yarışlar keçiriləcək

Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq.

 

Maraqlıdır, layihə ilə bağlı univeristetlərdə tələbələri məlumatlandırmaq üçün nələr təşkil olunur?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı univerisitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza Bakı Slayvan Universitetinin (BSU) KİV-lə əlaqələr üzrə mütəxəssisi Günel Natiqqızı cavab olaraq bildirib ki, Elmi Şurasının 7 mart 2024-cü ildə keçirilən iclasında BSU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində geniş tədbirlər planı hazırlanması ilə bağlı qərar qəbul edilib:

 

“Tədbirlər planı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamından irəli gələn ali təhsil müəssisələri qarşısında qoyulan mühüm vəzifələrə əsasən hazırlanıb. Tədbirlər planı çərçivəsində BSU-da bir sıra elmi seminarların, praktik və beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

 

Tədbirlər planına uyğun olaraq cari ildə tələbələr arasında, həmçinin əcnəbi tələbələlər arasında esse müsabiqəsi, intellektual yarışlar keçiriləcək, “Yaşıl dünya tələbələrin gözü ilə” adlı fotosərgi təşkil olunacaq. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlərin işıqlandırılmasının təhlilinə dair BSU və digər ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan tələbələri arasında müsabiqə keçiriləcək.

 

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024-cü ilin fevralında BSU Könüllüləri Təşkilatı yaradılıb, idarə heyəti formalaşdırılaraq Təşkilatın sədri seçilib. “BSU Könüllüləri” Təşkilatının Əsasnaməsi hazırlanıb”.