Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 13:23:00
Bu ixtisasları oxuyanlar üçün iş imkanları GENİŞDİR  

Zaman-zaman müzakirə edilən məsələlərdən biri də abituriyentlərin gələcəkdə hansı peşəyə yiyələnməsidir.  

 

Bəs, görəsən, gələcəkdə əmək bazarında uğur əldə etmək üçün abituriyentlər hansı ixtisası seçməlidirlər? Gələcəkdə hansı peşələrə tələbat artacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, bəzi ixtisasların azlaması digər vacib ixtisaslara olan tələbatı artırar:

 

“Hər ixtisas qrupunun özünəməxsus yaxşı ixtisasları var ki, bu sahələr gələcəyə istiqamətlənir. Bu ixtisasları qruplara görə bölsək, I qrupda xüsusilə də daha çox kompüter yönümlü və elektronika, yəni informasiya sahəsi üzrə ixtisasları qeyd etmək olar. Bu ixtisaslar həqiqətəndə gələcəyin əsas sahələrindən olacaq. Hətta düşünürəm ki, bəzi ixtisasların azalması həmin ixtisasın çoxalmasına gətirib çıxaracaq.

 

II ixtisas qrupunda iqtisadiyyat yönümlü ixtisaslara hər zaman tələbat var. III qrupda isə dövlət və ictimai münasibətlər ixtisasına daha çox ehtiyac olacaq və gələcəkdə artıq ən prestijli ixitsaslardan birinə çevriləcək. Çünki bu gün hər hansı bir tələbə bu ixtisas üzrə təhsil alıb bitirdikdən sonra dövlətin bütün qurumlarına müraciət edə bilər”.

 

Həmsöhbətimizin sözlərinə görə sosial iş ixtisası da bir müddətdən sonra populyar ixtisaslarından birinə çevriləcək:

 

“Sosial iş ixitisası düşünürəm ki, gələcəkdə ən prestijli ixtisaslardan biri olacaq. Çünki artıq həqiqətəndə belə bir deyim var ki, “ dünyanı sosioloqlar və psixoloqlar idarə edir”. Yəni psixoloqlar insan beyninə nüfuz edirsə, sosioloqlar isə kütləni öz arxasıyca çəkərək dünyanı istiqamətləndirməyə çalışırlar. Biz bunu pandemiya dövründə çox rahatlıqla müşahidə edə bildik.

 

Ona görə də sosial iş ixtisasında iş imkanları həqiqətəndə genişdir. Hər hansı bir şəxs sosial iş ixtisasını bitiribsə, ASAN Xidmət və bu kimi müəssisələrdə işləyə Həmçinin bu sahə üzrə təhsil alanlar üçün Dövlət Sosial Müdafiə Fondunda, Qocalar Evində və s. iş imkanları genişdir.

 

Bu ixtisasının həqiqətəndə iş imkanları olduqca genişdir və burada bir məhdudiyyət yoxdur. Hesab edirəm ki, bir müddət sonra bu ixtisasın populyarlığı artacaq. Ona görə də bu ixtisası seçən heç bir abituriyent üzülməməlidir”, - deyə fikrini tamamlayıb.