Azedu.az

Dövlət proqramı məzunlarının 66 nəfəri işlə təmin olunub

2 Aprel 2024, 10:55
Dövlət proqramı məzunlarının 66 nəfəri işlə təmin olunub

"Dövlət Proqramı məzunlarının 66-sı işləyir, 43-ü isə hazırda iş axtarır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”ndə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib:

 

“Bu statistika o demək deyil ki, 43 nəfər işsizdir. Xeyr, sadəcə onlar hissə-hissə ölkəmizə qayıdırlar. İşləyən məzunlarımızın 31 nəfəri dövlət, 31 nəfəri özəl, 4 nəfəri isə bank sektorundadır. Onlardan 62 nəfər Böyük Britaniya və Şimali (İrlandiya Birləşmiş Krallığında), 2 nəfər Türkiyə Respublikasında, 1 nəfər Amerika Birləşmiş Ştatlarında, 1 nəfər isə İsveç Krallığında təhsil alıb”.

 

T.Topalova qeyd edib ki, hazırda 41-i magistratura, 5-i bakalavr pilləsində olmaqla 46 tələbə dünya ən yaxşı 10 universitetində ("Universitetlər üzrə top 10") təhsil alır:

 

"Dövlət proqramı çərçivəsində oxuyan tələbələrin sayı 517 nəfərdir: "Azərbaycanlı tələbələr ən çox Böyük Britaniya, Türkiyə, ABŞ, İtaliya və Almaniyada təhsil almağa üstünlük verirlər. Xüsusilə informasiya texnologiyaları, maliyyə, iqtisadiyyat, təhsil sahəsi ən çox üstünlük verilən ixtisaslardır".

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox