Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 10:17:00
Ötən il 50 tələbə dünyanın TOP 10 universitetinə QƏBUL OLUNUB

“Ötən il Dövlət Proqramı çərçivəsində 50 tələbə dünyanın TOP 10 universitetinə qəbul olunub”

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Həsən Həsənli "2022-2026-cı illər üçün Dövlət Proqramı" məzunları ilə görüşdə deyib.

 

"Ötən il dövlət proqramı çərçivəsinə qəbul edilən tələbələrin 50-si dünyanın top 10 universitetinə, qalan 300-ü isə digər tanınmış universitetlərə qəbul olub. Biz 50 tələbəmizi 10 ən yaxşı universitetdə görürüksə, deməli işlərimiz fayda verir. Burada valideynlərin, müəllimlərin, məktəbəqədər təhsilin, bakalavrın, eləcə də magistraturanın rolu böyükdür. Bu il də Dövlət Proqramına qeydiyyat başlayıb. Siyahıya baxdıqda görürük ki,  yenə də o TOP 10 dediyimiz universitetlərdən qəbullar alırıq. Bu proses yay aylarına qədər davam edəcək",- deyə qeyd edib.