Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 11:03:02
DİM-dən 3 mart imtahan nəticələri ilə bağlı MƏLUMAT

Abituriyentlər 3 mart tarixində (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri ilə bağlı kütləvi şəkildə müraciət edirlər.

 

Nəticələrin nə zaman açıqlanması nəzərdə tutulur?

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, 3 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

 

"Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil",- deyə mərkəz bildirib.