Bakı Mühəndislik Universitetində (BMU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.
Bu barədə universitetdən AzEdu.az-a xəbər verilib.
Bildirilib ki, ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyan aksiyada BMU-nun rektoru Yaqub Piriyev, universitetin struktur rəhbərləri, professor-müəllim heyəti tələbələr iştirak ediblər.
Aksiya zamanı Abşeron yarımadasının təbiəti, iqlimi və relyefinə uyğun olaraq, universitet ərazisində 2000-dən artıq müxtəlif növ ağaclar əkilib.