Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-30 11:04:58
Havanın temperaturu iqlim normasından yuxarı olub

Martın 30-u saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.


Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qqar örtüyü tədricən əriyib. Şahdağda 14 sm olub

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

 

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.