Azedu.az

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

Ali təhsil

29 Mart 2024, 16:25
Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev ABŞ-ın “IGI Global” beynəlxalq akademik nəşriyyatında çap olunan “International Journal of Decision Support System Technology” jurnalının redaksiya heyətinin üzvü seçilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, jurnalın redaksiya heyətində 20-dən artıq ölkədən (ABŞ, Kanada, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və s.) alimlər təmsil olunur.

 

“International Journal of Decision Support System Technology” jurnalında kompüter elmləri və riyaziyyat sahələri üzrə mövzuları əhatə edən məqalələr dərc edilir.

 

Jurnal “Web of Science Emerging Sources Citation Index” (ESCI), SCOPUS, “Compendex” (Elsevier Engineering Index), INSPEC və digər beynəlxalq elmi bazalarda indeksləşir. Jurnalın impakt faktoru 1.1-dir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox