Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-28 17:05:10
İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində işlər aparılır

Türkiyə-Azərbaycan Universiteti bu ildən etibarən fəaliyyətə başlayacaq. Universitet iki ölkə arasındakı münasibətlərin genişlənməsinə töhfə verəcək.

 

Sonrakı illərdə daha hansı ölkələrlə birgə universitet təsis oluna bilər?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a danışıb.

 

Ekspert bidirib ki, hazırda İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində də işlər aparılır:

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ölkəmiz üçün labüd idi. Nəzərə alsaq ki, Fransa bizim əleyhimizə iş çevirən ölkədir, amma buna baxmayaraq Bakıda Fransa-Azərbaycan Universiteti (UFAZ) fəaliyyət göstərir. Məhz səbəbdən də niyə də Türkiyə-Azərbaycan Universiteti olmasın? Vətəndaşlarımızın böyük bir qisminin təhsil almaq üçün getdiyi ölkə də elə Türkiyədir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu universitetin yaradılması Türkiyədə təhsil alan tələbələrin də sayına təsir edəcək.

Düşünürəm ki, gələcəkdə türkdilli dövlətlərin vətəndaşları da bu universitetdə təhsil almağa maraqlı olacaqlar. Türkiyə-Azərbaycan Universitetinin yaradılması Azərbaycan gəncliyi üçün böyük yatırımdır və biz bunun müsbət tərəflərini görəcəyik”.