Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 08:40:17
Günün havası - Duman olacaq, yağış və qar yağacaq

Fevralın 22-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

 

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.