Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 15:17:39
ADA Universitetinin dekanı: Azərbaycanda təhsil tədqiqatının mövcudluğu çox vacibdir

Biz hamımız hər gün məktəb haqqında, ali təhsil haqqında nəsə oxuyuruq. Bu zaman müxtəlif ehtimallar, fərziyyələr ortaya çıxır. Əslində tədqiqatlar olmalıdır. Məsələn, paytaxt məktəbində baş verən son hadisə… Əslində bunlar hamısı tədqiqat vasitəsilə öyrənilməlidir. Bu belə olmamalıdır ki, kimsə deyir, zarafat etdi, kimsə deyir, yox, başa düşmədi. Bunun hamısını araşdırmaq lazımdır. Bu, polis araşdırması, Daxili İşlər Nazirliyinin araşdırması olmamalıdır. Bunu təhsil tədqiqatçıları gedərək yerində araşdırıb öyrənməlidir. O halda biz bir çox suallarımıza, təhsillə bağlı suallarımıza cavab tapa biləcəyik. Azərbaycanda təhsil tədqiqatının mövcudluğu çox vacibdir.

 

AzEdu.az xəbər verir ki, bu fikri jurnalistlərlə müsahibəsində ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova söyləyib.

 

ADA Universitetinin təhsilə çox böyük töhfə verdiyini söyləyən Ülviyyə Mikayılova universitetin təhsilin idarəedilməsi, təlim və tədris ilə bağlı magistratura proqramları həyata keçirdiyini xatırladıb. O, ADA Universitetinin Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyasının fəaliyyətini, təhsil sahəsində tədqiqatçı kadrların yetişdirilməsini, inkişaf etdirilməsini dəstəkləməyə hazır olduğunu söyləyib.