Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 12:58:00
Şagirdin bullinqinə direktordan münasibət: “Zarafat məqsədilə etdiyini...”

Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdləri arasında baş verən hadisəyə həmin məktəbin direktoru münasibət bildirib.



AzEdu.az xəbər verir ki, məktəbin direktoru Gülər İsmayılovanın sözlərinə görə hadisə yanvarın 17-də baş verib:

 

“Hadisə yanvarın 17-si məktəbdən kənar vaxtda, təqribən saat 3-dən sonra baş verib. Onu qeyd edim ki,maksimum 7 dərs saatı 2-yə qalmış bitir. Videoda görünən 2 nəfərdən yalnız biri, yəni hadisəni törədən şəxs məktəbin 11-ci sinif şagirdidir. Görüntüləri çəkən və kənarda duran izləyicilər məktəbimizin şagirdi deyillər.

 

Direktor qeyd edib ki, 14 fevral məlumatı əldə etdikdən sonra şagirdi və valideyni məktəbə psixoloqla görüşmək üçün dəvət edilib:

 

"Məktəbin psixoloqu həmin şagirdlə söhbət aparıb. Şagird bunu zarafat məqsədilə etdiyini, eyni zamanda peşman olduğunu qeyd edib. Hazırda bizdə olan məlumata görə bağlı hüquq-mühafizə orqanları məsələdən agahdır və araşdırma aparılır.  Yəqin ki, yaxın günlərdə ictimaiyyətə hüquq-mühafizə orqanları tərəfindən daha aydın məlumat təqdim ediləcək”.

 

https://t.me/azeduT/1068