Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 11:41:22
"Müəllimlər mütəmadi olaraq psixoloji yoxlamadan keçməlidirlər"

Müəllimlər işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsində psixoloq tərəfindən müəllimlərin psixoloji vəziyyəti müşahidə olunur.

 

Bəs, görəsən, müəllimlərin psixoloji vəziyyətini yoxlamaq üçün 15-20 dəqiqə kifayət edirmi?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis, sabiq deputat Sona Əliyeva AzEdu.az-a danışıb.

 

 Açıklama yok.

 

S.Əliyeva bildirib ki, müəllimlərin işə qəbulu prosesində ətraflı psixoloq müsahibəsinə, yaxud da psixoloji test mərhələsinə ehtiyac var:

 

“Müəllimlərin işə qəbulu zamanı müsahibə prosesi ilkin psixoloji dəyərləndirmənin sadəcə kiçik bir hissəsidir. Bu mərhələ kifayət deyil və müəllim müsahibə prosesində psixoloji olaraq gərgin ola bilər.  Bu baxımdan müəllimlərin işə qəbulunda psixoloji dəyərləndirmə mümkün qədər ətraflı və əhəmiyyətli olmalıdır. 15 dəqiqəlik müsahibədə müəllimlər əsasən təcrübələrini, motivasiyalarını, gələcək hədəf və məqsədlərini bölüşür. Psixoloq isə müşahidəçi qismində prosesi izləyir və dəyərləndirir. Hansı ki, bu rəylə o, heç bir halda dəqiq psixoloji analizi ortaya qoya bilməz.

 

Bu kimi psixoloji yoxlamalar nəticəsində müəllim namizədlərin stressi idarəetmə qabiliyyətləri, ünsiyyət bacarıqları, potensial risklər və problemləri həll etmə bacarıqları da qiymətləndirilməlidir. Müəllimlərin işə qəbul və fəaliyyətləri ərzində həqiqi psixoloji yoxlamalardan keçmələri zəruridir.

 

Müəllim də bir insandır, onun da özünə mənsub olan problemləri qayğıları var. Nəzərə alsaq ki, indiki zamanda pedaqoji fəaliyyət özü kifayət qədər stressli və çətin zehni işdir. O baxımdan müəllimlərə də bunu psixoloji təzyiq- yoxlama kimi yox, dəstək məqsədli yardım almasında dövlət və təhsil qurumları maraqlı olmalıdırlar.

 

Bunun faydaları isə müəllimlərin iş keyfiyyətinin artırmaqla öz potensialını kəşf etməsi, həmçinin öz bilik və təcrübələrindən çıxış edərək valideynlərə də yardım etməsi ola bilər”.