Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 09:05:00
 “Tarixdə bu gün” - 20 fevral nə ilə yadda qalıb?

Keçmişin səhifələrinə nəzər salanda, ya xoş, ya da kədərli anlar canlanır gözümüzdə. Hansı emosiyanı doğurmasından asılı olmayaraq duyğularımıza təsir edən hər bir hadisənin özünəxas tarixi olur. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixində baş vermiş əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

20 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

20 fevral Sosial Ədalət Günüdür: 

 Bütün rüşvətxor məmurların fəaliyyəti araşdırılacaq"

 

2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur.  Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən ümdə pronsiplərdən sayılır.

 

20 fevral Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günüdür:

 

 Dünyanın ən çox ölümə səbəb təyyarə qəzası yaşamış 10 ölkəsi (SİYAHI)

 

ICAO-nun bu addımı aviasiya qəzalarında həlak olanların xatirəsinə ehtiram, onların ailə üzvlərinin psixi, fiziki və mənəvi sağlamlığını diqqət mərkəzində saxlamaq məqsədi daşıyır.

 

Azərbaycanın da üzvü olduğu beynəlxalq təşkilat son bir neçə il ərzində bu ailələrə yardımın adekvat şəkildə həll olunmasını təmin etmək üçün çoxsaylı təşəbbüslər irəli sürüb. Təşkilat hər il üzv ölkələrə təyyarə qəzası qurbanları və ailələrinin ehtiyaclarını ödəmək üçün yardımla bağlı müvafiq qanunvericilik aktları və planlar hazırlamağa kömək edəcək beynəlxalq tədbirlər təşkil edir.

 

20 fevral görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür:

 

 Fikrət Əmirov - 100 il - GlobalInfo.az

 

F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir.

Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır. Bəstəkar 1984-cü ilin bu günü dünyasını dəyişib. 

 

 

20 fevral 1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlayıb:

 

20 fevral, 1988 – Qarabağ ermənilərini fəlakətə aparan gün

 

Keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan  1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı.

Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi.