Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 08:20:00
Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayıb- YENİLƏNİB

Şagirdlərin elektron yerdəyişməsi başlayıb.

 

AzEdu.az xəbər verir ki, sy.edu.az portalı üzərindən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşib.

 

Qeyd edək ki, 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

 

08:20

 

Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır.

 

 

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

 

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

 

Şagirdlərin yerdəyişməsi prosesi  www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.