Azedu.az

Dönərdən zəhərlənənlər bu məktəbin şagirdləridir

14 Fevral 2024, 14:26
Dönərdən zəhərlənənlər bu məktəbin şagirdləridir

Şəmkirdə məktəblilər arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.

 

AzEdu.az Təhsil Portalı olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən hadisə ilə bağlı informasiya aldıq.

 

İdarədən bildirildi ki, 13.02.2024-cü il tarixində məktəbdən kənarda günün müxtəlif saatlarında Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləri: Quliyev Renat Arzu oğlu - (04.08.2015), Cəlilov Cihat Elvin oğlu -  (27.08.2015), Nadirova Zəhra İlkin qızı - (28.01.2015);

 

Şəmkir şəhər Ə.Cavad adına tam orta məktəbin şagirdi: Məmmədova İpək Müşviq qızı-(15.06.2015);

 

Şəmkir rayon İrmaşlı kənd 2 nömrəli tam orta məktəbin şagirdi: İsgəndərov Sunal Şəmşir oğlu - (22.07.2013);

 

Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdləri: Məmmədli Asəf Məmməd oğlu-(11.11.2015), Məmmədli Banu Məmməd qızı- (01.12.2017) qida (dönər) zəhərlənməsindən Şəmkir rayon Mərkəzi xəstəxanasına müraciət ediblər.

 

 Məktəblilər ilkin müayinə edilib və evə buraxılıblar.

 

Şagirdlərin vəziyyəti yaxşıdır və bu gün tədris prosesində iştirak ediblər.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox