Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 19:40:00
Bağçada səs yazısı yayılıb: Təsərrüfat müdiri işdən çıxarıldı - YENİLƏNİB

Səs yazısı yayılmış təsərrüfat müdiri işdən çıxarıldı.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, paytaxtdakı 91 nömrəli uşaq bağçası ilə bağlı səs yazısına dair araşdırma aparılıb. 

 

Əmək fəaliyyətində yol verdiyi kobud nöqsana görə 91 nömrəli uşaq bağçasının səs yazısı yayılmış təsərrüfat müdiri Z.Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 14.02.2024-cü il tarixindən xitam verilib.

 

Vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə bağçanın müdiri N.Əliyevaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

 

12:49

 

Paytaxtdakı 91 nömrəli uşaq bağçası ilə bağlı səs yazısına dair araşdırma aparılır. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, araşdırmanın nəticələri barədə məlumat veriləcək.

 

Səs yazısını izləmək üçün bu linkə keçid edin.