![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_dim3_(4)_867.jpg)
12 fevral 2024-cü il tarixində dövlət orqanlarının aparat və insan resurslarının idarə olunması üzrə struktur bölmə rəhbərləri üçün “İdarəetmədə kouçinqin bir metod və alət kimi tətbiqi” mövzusunda təlim təşkil edilib.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən keçiriləcək iyirmi saatlıq təlim proqramı çərçivəsində iştirakçılara kouçinqin müxtəlif növləri, əyani alətləri və dövlət qulluğu çərçivəsində səmərəli tətbiqi yolları barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, praktiki çalışmalar, demo kouçinq seansları, rol oyunları, interaktiv müzakirələr vasitəsilə iştirakçıların müvafiq təcrübə qazanmalarına imkan yaradılacaq.
Yekun müzakirələr zamanı orqan nümayəndələri dövlət qulluğunda insan resurslarının inkişafı və səmərəli iş mühiti yaradılması baxımından sistemli kouçinq xidmətinin mümkün faydalarını vurğulamaqla yanaşı, bu mövzuda təlimlərin genişləndirilərək davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.
Təlim fevral ayının 16-dək davam edəcək.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)