Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 16:02:00
Naxçıvan məktəblərində bu sahələr üzrə vakansiya VAR

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan laborant və katib-makinaçı vəzifələri üzrə müsabiqə elan olunub.


Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan laborant vəzifəsi üzrə 38, katib-makinaçı vəzifəsi üzrə isə 4 olmaqla ümumilikdə 42 vəzifə çıxarılıb.

 

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 12-26 fevral tarixləri arasında şəhər və rayon təhsil şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər.

 

Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.

 

Vakansiya haqqında ətraflı məlumat: https://bitly.ws/3cYsX