Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 12:04:00
Mil- Muğan regionunda nə qədər bağça var? - AÇIQLANDI

Mil- Muğan regionunda 90 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

 

Mil-Muğan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, qrup sayı- 206, uşaq sayı 3 332, tərbiyəçi müəllim- 269, texniki heyət sayı-601 nəfərdir.

 

“Tərbiyəçi müəllimlərin işə qəbulu müsabiqəsində 12 nəfər tərbiyəçi müəllim işə təyin edilib, bağça müdirlərinin işə qəbulun  müsabiqəsində  2 nəfər uğur qazanıb. Texniki heyət üzrə işə qəbul  şəhid ailəsi üzvü 16 nəfər, qazi və ya müharibə veteran 8 nəfər, aztəminatlı ailə 29 nəfərdir”.  

 

Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, uşaqların qidalanması qida normalarına və yaş katerqoriyasına uyğun olaraq, gün ərzində 3 dəfə qidalanma ilə təmin olunurlar:

 

“Region üzrə bütün məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturunun monitorinqi aparılmışdır. Təmirə ehtiyacı olan müəssisələr müəyyənləşdirilərək, həlli istiqamətində müvafiq tədbirlər görülür”.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat https://bq.edu.az/ portalı əsasında aparılır.