Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 14:04:17
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu

Rusiyada “Təhsil haqqında” qanuna dəyişikliklər qəbul edilib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Duması orta məktəblərdə dərs zamanı mobil telefondan istifadə etməyi qadağan edən qanunu (fövqəladə hallar istisna olmaqla) ikinci oxunuşda qəbul edib.

 

Eyni zamanda təhsil haqqında yeni qanuna görə, Əmək dərsləri məcburi fənn kimi məktəblərə qaytarılıb.

 

Dumanın spikeri Vyaçeslav Volodin təhsil haqqında yeni qanunun uşaqların təhsilinin keyfiyyətini yüksəldəcəyini söyləyib: "Əmək tərbiyəsi təhsil prosesinin tərkib hissəsidir. Əgər övladınıza uşaqlıqdan zəhməti aşılasanız, gələcəkdə hər şey yaxşı olacaq".