Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 10:57:17
Nazir məişət zorakılığı ilə bağlı fənnin tədrisini doğru saymır

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə məişət zorakılığı ilə bağlı ayrıca fənnin tədrisini doğru saymır.

 

AzEdu.az xəbər verir ki, o, bunu dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər olduqca vacibdir: "Ancaq bunun məktəbdə ayrıca fənn kimi salınması doğru deyil. Çox aşağı yaşlardan fənlərin məzmununda zorakılığının formaları ilə bağlı maarifləndirmə aparılmalıdır. Biz başa düşməliyik ki, bu mexaniki proses deyil, insan dəyərlərindən irəli gələn davranışdır. Koronavirus dövründə şagirdlər evdə qaldığı zaman onlara qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik. Bu barədə müvafiq qurumlara məlumat vermişik və əməkdaşlığımız davam edir".