Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 17:36:41
Nazir: Qarabağ Universitetinə erməniəsilli müəllimlər cəlb oluna bilər

“Qarabağ Universitetinə erməniəsilli müəllimlər cəlb oluna bilər”

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə deyib.

 

O bildirib ki, Azərbaycan etnik azlıqlara qarşı tolerant bir ölkədir.

 

"Kimliyindən asılı olmayaraq hər kəs bərabərdir. Bu dəfələrlə müxtəlif səviyyələrdə qeyd olunur. Təhsildə də bu yanaşma hökm sürür. Qarabağ Universitetində tədris prosesi ilə bağlı kontekstdən asılı olaraq bura erməniəsilli müəllimlərin cəlb olunacağına qərar veriləcək".